Siyəzəndə karantini pozan 120 nəfər cərimələndi

Sakinlərdən lüzumsuz yerə yaşayış yerlərini tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “Evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin xüsusi karantin rejimi çərçivəsində bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətlərlə əlaqədar rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və müvafiq sənədləri yoxlanılır.
Bu tədbirlərlə yanaşı xüsusi rejim çərçivəsində polis əməkdaşları tərəfindən müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də rayon və kəndlər arasında lüzumsuz yerə nəqliyyat vasitələri idarə sürücülər də aşkarlanıb.
Belə ki, xüsusi karantin rejiminin tələblərini pozan 120 vətəndaş barəsində RPŞ-nin əməkdaşları tərəfindən İXM-nin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunaraq, həmin şəxslər məsuliyyətə cəlb olunublar. Bu tədbirlər şöbə əməkdaşları tərəfindən xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.
Azvision.az
Teqlər: DİN