Bakıda 3 ailənin yaşadığı evdə yanğın olub

Bakıda 3 ailənin yaşadığı evdə yanğın olub
  17 Aprel 2020    Oxunub:2147
Bakı şəhərinin Yasamal rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ümumi sahəsi 80 m² olan, bir dam altında tikilən 3 ailənin yaşadığı evlərdən birinin yanar konstruksiyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti