Aprel şəhidinin doğum günüdür

O, orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə yollanıb. Ordu sıralarında könüllü qalmaq istəyən R.Ağayev gizir kimi xidmətini davam etdirib.
Hərbi qulluqçumuz 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev ailəli idi, iki övladı yadigar qalıb.
Azvision.az