Gəncə sakini yarım kiloqram narkotiklə tutuldu

Gəncə sakini yarım kiloqram narkotiklə tutuldu
  18 Aprel 2020    Oxunub:2879
Gəncə sakinindən yarım kiloqrama yaxın marixuana götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 475 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti