Polis adam öldürmək üçün silah alan şəxsi tutdu

   Polis adam öldürmək üçün silah alan şəxsi tutdu
  18 Aprel 2020    Oxunub:2644
Cəlilabad Rayon Polis Şöbəsinə şəhər sakini A.Nuriyevin həmyerlisi olan bir nəfəri öldürmək istəməsi və bu məqsədlə odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Aprelin 17-də saat 4 radələrində rayonun Sərhədabad kəndi ərazisində özünü şübhəli aparan bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, onun A.Nuriyev olması müəyyən edilib. Şəxsi axtarış zamanı ondan “AKMS” markalı avtomat, 1 ədəd patron darağı, 20 ədəd patron və 1 ədəd deşici alət aşkar edilərək götürülüb.

A.Nuriyev izahatında A.B-nı (şərti) öldürmək məqsədilə odlu silah əldə etdiyini bildirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 28,120 və 228-ci maddələri ilə cinayət işi başlanıb. Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti