Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törədən şəxslər müəyyən edilib. Onların Balakən rayonu Talalar kənd sakinləri, əvvəllər də məhkum olunmuşlar - 24 yaşlı Tofiq Hacıyev , 27 yaşlı Turan Şindiyev və Qazma kənd sakini Murad Əhmədov olduqları məlum olub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı həmin şəxslər oğurladıqları siqaret və spirtli içkiləri Tofiq Hacıyevin dostu, rayonun Talalar kənd sakini Tural Zohorovun yaşadığı evdə gizlətdikləri müəyyən olunub.
Keçirilmiş tədbirləri davamı olaraq T.Zohorovun da yaşadığı evə baxış keçirilib. Baxış zamanı evdən yuxarıda adları qeyd olunan şəxslər tərəfindən oğurlanan müxtəlif markalı siqaretlər və və dibçəkdə kultivasiya yolu ilə yetişdirilən 3 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək maddi sübut kimi götürülüb. Tural Zohorov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağla Balakən RPŞ-də araşdırma aparılır.
Azvision.az