Rusiyadan qanunsuz dərman gətirmək istədi

Rusiyadan qanunsuz dərman gətirmək istədi
  20 Aprel 2020    Oxunub:2739
Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Volvo FH 12 380" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sağ oturacağın önündə olan və sürücünün "ərzaq məhsulları" kimi bəyan etdiyi 1 ədəd qutuda - 24 konvalyut olmaqla cəmi 240 ədəd "Midantan amantadin 100 mq", 40 konvalyut olmaqla cəmi 400 ədəd "Dobrokam Bromkamfora 250 mq", 199 konvalyut olmaqla cəmi 398 ədəd "Dekaris 50 mq", 250 ədəd plastik qabda olmaqla cəmi 25000 ədəd "İzoniazid 300 mq" markalı dərman preparatları aşkar edilib.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti