Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı
  20 Aprel 2020    Oxunub:2244
Aprelin 16-da saat 23 radələrində Kürdəmir şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Atakişili kənd sakini N.İbrahimov vurulub və o, xəsarətlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şıxımlı kənd sakini Y.Bəkirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti