Qəbələ sakinindən ov tüfəngi götürülüb

Qəbələ sakinindən ov tüfəngi götürülüb
  20 Aprel 2020    Oxunub:2303
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abrıx kənd sakini E.Xurşudovdan müvafiq sənədləri olmayan “TOZ-32” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti