Gəncədə heroin satan iki nəfər tutuldu

Gəncədə heroin satan iki nəfər tutuldu
  20 Aprel 2020    Oxunub:2548
Gəncə şəhərində heroin və metamfetamin satanlar tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə şəhəri ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər - Salyan rayon sakini M.Əliyev və Bakı şəhər sakini R.Mehdiyev 533 qrama yaxın heroini və 505 qramdan artıq metamfetamini satarkən saxlanılıblar.

Davam etdirilən tədbirlərlə R.Mehdiyevin Salyan şəhəri ərazisindəki evinə baxış zamanı oradan əlavə olaraq 625 qramdan artıq heroin və 372 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti