Azərbaycan idarəolunan raket sistemləri yaradır

Azərbaycan idarəolunan raket sistemləri yaradır
  04 Yanvar 2014    Oxunub:1268
Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan mülki məhsulların çeşidlərinin sayı artıb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi idarəolunan raket sistemlərinin yaradılması üzərində işləyir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki,, bu sözləri müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Yavər Camalov qeyd edib ki, hazırda nazirliyin müəssisələrində idarəolunan raket sistemlərinin yaradılması istiqamətində elmi-tədqiqat işləri aparılır.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən istehsal olunan mülki məmulatların çeşidlərinin sayı 450-ni ötüb.MSN tərəfindən mülki məmulatların istehsalına 2010-cu ildən başlanılıb və artıq onlardan bəziləri bir çox beynəlxalq və milli sərgilərdə nümayiş etdirilib.

MSN-dən verilən məlumata görə, nazirliyin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatlar üzrə istehsal sahələrinin genişləndirilməsi ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Belə ki, ötən 2013-cü ildə 2007-ci illə müqayisədə mülki məmulatların istehsal həcmi təxminən 2 dəfə artıb. Hazırda bu yöndə istehsal olunan mülki məmulatların çeşidlərinin sayı 450-ni ötüb.

Nazirliyin müəssisələrində mülki məhsullardan neft-qaz sənayesində işlədilən müxtəlif növ nəzarət və idarəetmə sistemləri, dəstləşdiricilər, traktorlar üçün tırtıllar, 4 və 6 laylı çap lövhələri, rəqəmsal teleyayıma keçidlə bağlı DVB-T tipli dekoderlər, neft quyularında dərinlik nasoslarının işinə nəzarət edən "Dinomoqraf DM" cihazı, gəmilərin təmiri üçün ehtiyat hissələri, səyyar yemək termosları, plastik kütlədən hazırlanmış taralar, müxtəlif güclü akkumulyator batareyaları, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfəngləri, işıqforlarda taymer sistemi, polis məntəqələri üçün teleskop tipli maneə sistemləri və s. istehsal edilib.


Teqlər:  





Xəbər lenti