Polisə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb
Polislər həmin şəxsi intizama dəvət edib, sakitləşdirməyə çalışsa da, ancaq o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Lakin polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə Polis Şöbəsinə gətirilib.
ŞRPŞ-də onun şəhər sakini Sənan Yusifov olduğu müəyyən edilib. S.Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.
Azvision.az
Teqlər: Şəki