Dövlət Sərhəd xidmətindən illik hesabat

Dövlət Sərhəd xidmətindən illik hesabat
  04 Yanvar 2014    Oxunub:1028
Axtarışda olan 2303 nəfər tutulub. 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub. 150 kiloqram 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları 2013-cü il ərzində axtarışda olan 2303 nəfər tutulub, 339 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 12 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, ötən il ərzində 4 milyon 669,2 min manat dəyərində qaçaqmal tutulub, 150 kiloqram 462 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu müddətdə 25,8 ton yabanı halda bitən narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.


Teqlər:  





Xəbər lenti