Samuxda karantini pozan şəxs həbs edilib
Bu zaman rayonun çıxışında xidmət aparan polis əməkdaşları, vətəndaşa karantin qaydalarını izah edərək bunun yolverilməz olduğunu bildiriblər və ondan geri qayıtmasını tələb ediblər.
Ş. Əliyev polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidmətinə mane olmağa çalışdığına görə saxlanılaraq Samux rayon Polis Şöbəsinə gətirilib.
Aidiyyəti məhkəmənin qərarı ilə Ş. Əliyev 10 gün müddətə inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: DİN