Bakıda mağazada yanğın olub

Bakıda mağazada yanğın olub
  23 Aprel 2020    Oxunub:2047
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 40 m² olan ərzaq mağazasının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Mağaza   Yanğın  





Xəbər lenti