Kürdəmirdə oğurluq edən keçmiş məhkumlar saxlanılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 2 ədəd televizor, 2 ədəd kompyuter, 2 ədəd peyk antenasının qəbuledicisini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Babaşov və İ.Cabbarov saxlanılıblar.