Ucarda maşın velosipedçini vuraraq öldürüb

Ucarda maşın velosipedçini vuraraq öldürüb
  23 Aprel 2020    Oxunub:2192
Ucarda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 22-də saat 8 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində şəhər sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə eyni istiqamətdə velosipedlə hərəkətdə olan kənd sakini İkram Quliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Quliyev orada ölüb.

Ucar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Yol   Ucar  





Xəbər lenti