Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 45 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, bitişik köməkçi tikili və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.