Karantin rejimini pozan daha 1151 nəfər cərimələndi

Karantin rejimini pozan daha 1151 nəfər cərimələndi
  24 Aprel 2020    Oxunub:2482
Ötən gün respublika yollarında xüsusi karantin rejimini pozan şəxslərin sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 23.04.2020-ci il saat 00:00-dan 24.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1151 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti