Narkotik satan keçmiş məhkum tutuldu

Narkotik satan keçmiş məhkum tutuldu
  24 Aprel 2020    Oxunub:2526
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az - verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Soltanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 440 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti