Bakıda narkotacir tutuldu

Bakıda narkotacir tutuldu
  24 Aprel 2020    Oxunub:2335
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Kərimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 422 qramdan artıq heroin aşkar edilərək götürülüb.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti