Gömrükdə 11 kq-dan çox narkotik müsadirə edildi

Şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin kabinə və qoşqusunun ətraflarına reaksiya verib. Nəqliyyat vasitəsi əsaslı yoxlanılarkən kabinədə "elektrik açarı"nın altındakı boşluqda 1 ədəd sellofan bükümdə, qablaşdırılması ilə birlikdə çəkisi 3 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.
Daha sonra yük avtomobilinin qoşqusu yoxlanılıb. Bu zaman isə qoşquda olan paletlərə yığılmış "alçipan" yükünün ön hissəsində - paletlər ilə qoşqunun ön divarı arasındakı boşluqda 7 ədəd müxtəlif ölçülü bağlamalar aşkar olunub.
Nəhayət, həmin bağlamalara baxış nəticəsində ümumi çəkisi 8 kiloqram 557 qram təşkil edən narkotik vasitə - heroin və ümumi çəkisi 3 kiloqram 241 qram təşkil edən psixotrop maddə- metamfetamin aşkara çıxarılıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK