Daha 10 pilotsuz təyyarə istehsal edildi

Daha 10 pilotsuz təyyarə istehsal edildi
  05 Yanvar 2014    Oxunub:1181
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2013-ci ildə “Orbiter-2M” tipli 10 pilotsuz uçuş aparatı istehsal edilib.

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 2013-ci ildə 10 “Orbiter-2M” tipli pilotsuz uçuş aparatı istehsal edilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir deyib ki, istehsal edilən bu uçuş aparatlarının bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilib.

Y.Camalov, həmçinin vurğulayıb ki, nazirliyin müəssisələrində istehsal olunan “Matador” və “Marauder” tipli zirehli nəqliyyat vasitələrinə 14,5 millimetrlik pulemyotla təchiz edilmiş döyüş modulları quraşdırılıb.


Teqlər:  





Xəbər lenti