Sumqayıtda yanğın olub, xəsarət alan var

Sumqayıtda yanğın olub, xəsarət alan var
  25 Aprel 2020    Oxunub:2525
Sumqayıt şəhərində yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti