Salyanda evdə partlayış olub, 1 nəfər xəsarət alıb

Salyanda evdə partlayış olub, 1 nəfər xəsarət alıb
  25 Aprel 2020    Oxunub:3076
Salyan rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzildə yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində mənzilin 1 otağının yanar konstruksiyaları və içərisinə yığılan ev əşyaları 20 m² sahədə yanıb.

Partlayış dalğasının təsirindən mənzilin 2 ədəd pəncərə çərçivəsi yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Salyan  





Xəbər lenti