Oğurluq edən keçmiş məhkumlar saxlanıldı
Bildirilib ki, Xətai Rayon Polis İdaərsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 950 manat dəyərində modem, səsgücləndirici, elektrik sobası, spirtli içki, bir kafedən 1 500 manat dəyərində 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - O.Xəlilov və İ.Quliyev saxlanılıblar.
Ətraflarında aparılan tədbirlərlə onların digər bir kafedən 700 manat dəyərində su qızdırıcısı və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.
Azvision.az