Gəncədə quldurluq edənlər tutuldu

Gəncədə quldurluq edənlər tutuldu
  25 Aprel 2020    Oxunub:2707
Gəncə şəhərində quldurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, narkotik vasitə ilə tutulan R.Məmmədovun ətrafında Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.İsgəndərli ilə birgə aprelin 23-də həmyerlisi T.Hüseynova zor tətbiq edib 50 manat pul tələb etmələri, pulunun olmadığını bildirdikdə isə onun mobil telefonunu almaları da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə Ə.İsgəndərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Azvision.az


Teqlər: Quldurluq   Gəncə   Həbs  





Xəbər lenti