Partlayışda yaralanan ərlə arvad xəstəxanada öldü
Kənd sakini İntiqam Qədiyevə məxsus fərdi yaşayış evində baş vermiş partlayış zamanı İ.Qədiyev, həyat yoldaşı Sevinc Qədiyeva, övladı Rüfanə Qədiyeva, Cahid Qədiyev və Zəhra Qədiyeva ağır xəsarətlər alıblar. Yaralılar Bakı şəhər 5 saylı şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilsələr də, İ.Qədiyev və həyat yoldaşı S.Qədiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılan cinayət işi 314.3.cü maddəyə tövsif edilib.
Azvision.az