16 nəfər yanaraq ölüb, 13 partlayış olub - FHN-in statistikası

  16 nəfər yanaraq ölüb, 13 partlayış olub -    FHN-in statistikası
  27 Aprel 2020    Oxunub:3556
2020-ci ilin I rübü ərzində baş verən yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 624 olub.

Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.
Belə ki, çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində 485, açıq sahələrdə 14, nəqliyyat vasitələrində 93, digər yanğınlar üzrə 32 yanğın baş verib. Bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45% azdır, xəsarət alanlar üzrə 12 nəfər və ya 24% azdır.

Cari ilin üç ayı ərzində respublika ərazisində 13 partlayış hadisəsi baş verib ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 43% azdır. Partlayışlar zamanı 18 nəfər xəsarət alıb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Partlayış  





Xəbər lenti