Qazax sakini Bakıda quldurluq etdi

Qazax sakini Bakıda quldurluq etdi
  27 Aprel 2020    Oxunub:2404
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti