Maşın qaçıran şəxsdən narkotik götürüldü

Maşın qaçıran şəxsdən narkotik götürüldü
  27 Aprel 2020    Oxunub:2598
Bakıda avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdaərsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də A.Fərziyevin “Hyundai” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Zərdab rayon sakini A.Məmmədov aprelin 24-də rayon ərazisində avtomobillə birgə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti