İnstitut direktoru vəfat edib
Qeyd edək ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub. Ə.Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Azvision.az