FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı

FHN Sabunçudakı yanğınla bağlı məlumat yaydı
  28 Aprel 2020    Oxunub:2417
Fövqəladə Hallar Nazirliyi (FHN) Sabunçu rayonunda fərdi evdə baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-dən Azvision.az -a bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 120 kvadratmetr olan evdə yanğın baş verib. Nəticədə birmərtəbəli 3 otaqlı ev yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti