`Bu Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir`

`Bu Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir`
  06 Yanvar 2014    Oxunub:1130
AzVision.az xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov öz “facebook” səhifəsində Müdafiə Naziri Zakir Həsənovun Vaqif Dərgahlının MN-nin Mətbuat katibi təyin etməsi ilə əlaqədar rəy bildirib.

O bunu Zakir Həsənovun ən uğurlu təyinatı olduğunu bildirərək “Dəyərli dostumuz, polkovnik-leytenant Vaqif Dərgahlının MN-nin Mətbuat katibi təyin olunması ilə əlaqədar mənə ünvanlanan çoxsaylı suallara cavab olaraq onu bildirmək istəyirəm ki, bu yeni müdafiə naziri general-polkovnik Zakir Həsənovun ən uğurlu təyinatlarından biridir” deyə rəy bildirib.

Üzeyir Cəfərov Vaqif Dərgahlının özünün də təhsil aldığı Lvov Ali Hərbi Siyasi Məktəbinin hərbi-siyası jurnalistika fakültəsini bitirən 10 nəfər Azərbaycanlı zabitlərdən biri olduğunu bildirib.

Hərbi ekspert bununlada kifayətlənmiyərək: “Biz onunla xeyli müddət MN-nin Mətbuat Xidmətində bərabər çalışmışıq. Bu təyinatı eşitdikdən sonra ürəkdən sevindim və qeyri-ixtiyarı birgə yaşadığımız ən xoş günlərdən birini Sizinlə paylaşmağa qərar verdim. Şəkildəkilər: Məndən (soldan birinci Üzeyir Cəfərov) solda polkovnik-leytenant Tahir Əliyev, o vaxt mayor, indi polkovnik-leytenant Vaqif Dərgahlı, unudulmaz dostumuz, mərhum qardaşımız mayor İlqar Verdiyev və o vaxt kapitan, sonradan mayor olan, sırf peşəkar hərbi jurnalist Naməddin Kərimov. Mətbuat Xidmətinin rəhbəri də, şair-polkovnik Ramiz Duyğun (Məlikov) idi” deyə yuxarıdakı şəkili paylaşıb.


Teqlər:  





Xəbər lenti