Yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, aprelin 27-də Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsi və rayon prokurorluğuna Binəqədi rayon "DSK" yolu I mədən adlanan ərazidə üzərində yanıq xəsarətləri olan naməlum kişi meyiti aşkar edilməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə baxış keçirilib.
Meyitin yanında "Argo" markalı siqaretin kötüyü, qablaşdırılmış vəziyyətdə olan spirt və kibrit qablaşdırılaraq götürülüb.
İlkin araşdırmalarla həmin meyiti aşkar edilən şəxsin ətraf ərazilərdə butulka və dəmir yığmaqla məşğul olduğu müəyyən edilib.
Meyitin xarici müayinəsi zamanı yanmamış hissələrində hər hansı xəsarət izi aşkarlanmayıb.
Azvision.az