“28 Mall”dan oğurluq edən şəxs tutuldu
Martın 9-da mərkəzdəki mağazaların birində paltar dəyişmə otağında naməlum şəxs müştəriyə məxsus, içərisində 516 manat olan pul kisəsini oğurlayıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü T. Talıbzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az