Bakı sakini evini qumarxanaya çevirdi

Bakı sakini evini qumarxanaya çevirdi
  29 Aprel 2020    Oxunub:5127
Bakıda evində qumarxana təşkil edən şəxs saxlanılıb.
Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Yasamal rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ə.Salamzadə küçəsində yaşayan, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü T. Rüstəmovun evində qumarxana aşkarlanıb. T.Rüstəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Bakı   Ev   Qumarxana  





Xəbər lenti