Bakıda qaz borusuna çırpılan maşın yandı

Bakıda qaz borusuna çırpılan maşın yandı
  30 Aprel 2020    Oxunub:3005
Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti