DYP: Ötən gün 839 nəfər cərimələnib

   DYP:    Ötən gün 839 nəfər  cərimələnib
  30 Aprel 2020    Oxunub:4052
Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən Azvision.az-a bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 29-u saat 00:00-dan aprelin 30-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az


Teqlər: DYP   Sürücü   Karantin  





Xəbər lenti