Siyəzəndə narkotik satanlar tutuldu - FOTO
Hal şahidlərinin iştirakı ilə ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan satış üçün hazırlanmış beş bükümdə narkotik maddə olan metamfetamin, bir bükümdə heroin, bir ədəd “Methodone-40” həbi və bir ədəd elektron tərəzi aşkar olunub.
Şöbə əməkdaşları tərəfindən eyni gündə keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş daha iki rayon sakini, 54 yaşlı Famil Zahidov və 41 yaşlı Feyruz Zeynallı da saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərilərinə baxış keçirilən zamanı hər iki şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Siyəzən RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Azvision.az