142 - Çağrı Mərkəzi 165 mindən çox müraciəti cavablandırıb

142 - Çağrı Mərkəzi 165 mindən çox müraciəti cavablandırıb
  30 Aprel 2020    Oxunub:3232
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, təkcə aprel ayında 142 - Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb.

Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub.

Zənglər saat 09:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.

Azvision.az



Teqlər: ƏƏSMN  





Xəbər lenti