Polis iki nəfərdən silah götürdü

Polis iki nəfərdən silah götürdü
  30 Aprel 2020    Oxunub:3515
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bülbülə qəsəbə sakini A.Süleymanov Suraxanı rayonu ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 13 qrama yaxın heroin, yaşadığı evə baxış zamanı isə əlavə 2 kiloqramdan artıq heroin, 1 ədəd “Dragon” markalı vinçester tipli tüfəng və 11 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bum qəsəbə sakini R.Yaqubovdan müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti