Rabitə naqillərini oğurlayan şəxs tutuldu - FOTO

Rabitə naqillərini oğurlayan şəxs tutuldu -    FOTO
  30 Aprel 2020    Oxunub:3264
Sabunçu rayonu Balaxanı və Muxtarov qəsəbələrində rabitə naqillərini gizli olaraq oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini İlqar Səfərov tutulub. O, ifadəsində törətdiyi cinayəti etiraf edərək qeyd edib ki, dəfələrlə qeyd edilən qəsəbələrin ərazisindən keçən rabitə naqillərini kəsib.



Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sabunçu Rayon Polis İdarəsinin müraciət edə bilərlər.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti