Azərbaycan-İran sərhədi açıldı

Azərbaycan-İran sərhədi açıldı
  06 Yanvar 2014    Oxunub:3043
Bu gün səhər saatlarından başlayaraq Biləsuvar sərhəd keçid məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində yaranmış problemlər artıq aradan qaldırılıb.

AzVision.az APA- ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov məlumat verib.

Onun sözlərinə görə, İranın gömrük keçid məntəqəsində kompüter sistemində yaranmış nasazlıq səbəbindən piyadaların Azərbaycan tərəfinə keçməsində qısamüddətli fasilə yaranmışdı. Artıq həmin problem həllini tapıb və vətəndaşlar maneəsiz hər iki tərəfə keçə bilirlər.


Teqlər:





Xəbər lenti