Bakı sakini oğurladığı maşınla saxlanıldı

Bakı sakini oğurladığı maşınla saxlanıldı
  30 Aprel 2020    Oxunub:2895
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.İsmayılov aprelin 29-da A.M.Cümə küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Cəfərov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti