İmişlidə oğurluq edən rayon sakini tutuldu
Araşdırmalarla onun zərərçəkmişə məxsus evdən 2700 manat pul və 700 manat dəyərində 1 ədəd qızıl üzük oğurladığı müəyyən edilib. Oğurlanmış pulların bir qismi və üzük maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN