Yol qəzası yenə can aldı

Yol qəzası yenə can aldı
  01 May 2020    Oxunub:3668
Tovuz rayonunun Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 29-da saat 19 radələrində Tovuz rayonunun Xatınlı kəndi ərazisində rayon sakini A.Yusifov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Toğrul Quliyev orada ölüb.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Tovuz   Qəza   Ölüm  





Xəbər lenti