Tibbi maska taxan şəxs marketə basqın etdi
Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə üzünü tibbi maska ilə bağlayan şəxs daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1200 manat götürüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Azvision.az