Avtomobil oğrusu postda saxlanıldı
Belə ki, aprelin 30-u saat 3 radələrində Gəncə-Yevlax yolunda “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulan postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.
Azvision.az