Mübarizin adını daşıyan snayper silahlanmaya daxil edilir

Mübarizin adını daşıyan snayper silahlanmaya daxil edilir
  06 Yanvar 2014    Oxunub:1111
Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanan “Mübariz” snayper tüfəngi silahlanmaya qəbul olunacaq.

Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən 12,7 millimetr çaplı “Mübariz” yeni snayper tüfənginin silahlanmaya qəbul olunması gözlənilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib. Nazir deyib ki, artıq silah üzərində tamamlanma işləri gedir.

Müasir optik nişangahla təchiz edilən tüfəng uzaq məsafədə düşmənin canlı qüvvəsini, hərbi texnikasını, möhkəmləndirilən mövqelərini məhv etmək üçün hazırlanıb və öz sinifində unikal bir silahdır.


Teqlər:  





Xəbər lenti